• 12 °C
|

İğdırdakı ağır avtoqəzada Azərbaycanın bir vətəndaşı ölüb, dördü yaralanıb – YENİLƏNİB

27 May 2025
img

Türkiyənin İğdır vilayətində baş verən avtoqəza nəticəsində Azərbaycan vətəndaşı ölüb. 

Bu barədə "Report"un yerli bürosu xəbər verir. 

11:00

Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.

"Report"un yerli bürosu xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.