26 İyn 2025
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, paylaşımda deyilir:
“Ukrayna bizim strateji tərəfdaşlığımızı, ortaq tariximizi, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirir. Azərbaycan xalqına sülh, firavanlıq, birlik arzulayıram!”.