• 9 °C
|

Zelenski Trampla görüşmək niyyətindədir

6 İyun 2025
img

Ukrayna Prezidenti Volodimir Zelenski 15–17 iyun tarixlərində Kanadada keçiriləcək G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermaka istinadla məlumat yayıb.

Yermak bildirib ki, o, Vaşinqtona edilən son səfər zamanı nümayəndə heyətinə rəhbərlik edib və bu səfər Zelenski ilə Tramp arasında mümkün görüşün təşkili məqsədi daşıyıb.

"Bizim səfərimizin əsas məqsədlərindən biri Zelenski ilə Trampın Kanadada G7 sammiti çərçivəsində görüşünə hazırlıq idi", – deyə Yermak qeyd edib.