• 16 °C
|

Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Latviya yığması ilə üz-üzə gələcək

7 İyun 2025
img

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

"Report"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək.

Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.