• 11 °C
|

Goranboyda yeniyetmə qızı maşın vurub – YENİLƏNİB

8 İyun 2025
img

Goranboyda 2014-cü il təvəllüdlü Bakı şəhər sakiniZ.Bayramovanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, marketlərin birinin qarşısında yolu keçmək istəyən yeniyetməni Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi “Nissan” markalı minik avtomobili vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

***

saat 12.31

Goranboyda yeniyetmə qızı maşın vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.