• 22 °C
|

Ermənistanda atışma baş verib, yaralılar var

9 İyun 2025
img

Ermənistanın Kotaysk vilayətində kütləvi dava və atışma baş verib.

APA xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Məlumata görə, hoteldə baş verən dava zamanı 1 nəfər odlu silahdan açılan atəşlə xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Baş verən davada daha iki nəfər müxtəlif xəsarətlər alıb.

Araşdırma aparılır.