• 10 °C
|

ABŞ Ordusu Milli Qvardiyanın Los-Ancelesdə yerləşdirilməsini təsdiqləyib

9 İyun 2025
img

ABŞ Ordusu Los-Ancelesdə baş verən etirazlarla əlaqədar ictimai asayişin təmin olunması üçün Kaliforniya Milli Qvardiyasının şəhərə yerləşdirildiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı “X” hesabında yayıb.

“Kaliforniya Milli Qvardiyasının 79-cu piyada briqadasının bəzi hissələri artıq Los-Anceles ərazisinə yerləşdirilib. Proses davam edir”, – məlumatda deyilir.