• 10 °C
|

ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə dənizə düşüb

10 İyun 2025
img

ABŞ-ın Kaliforniya ştatında içərisində 6 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb.

APA xəbər verir ki, Kaliforniyada 1970-ci ilin istehsalı olan “Cessna 414” tipli kiçik təyyarə uçuşdan 6 dəqiqə sonra dənizə düşüb.

Göyərtəsində 6 nəfərin olduğu təyyarənin düşdüyü yerdə dənizin dərinliyin təxminən 61 metr olduğu və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, təyyarədə pilot, pilotun həyat yoldaşı, ata və üç oğlu da daxil olmaqla 6 nəfər olub.

San Dieqo Beynəlxalq Hava Limanından havaya qalxan təyyarənin Arizona ştatının Feniks şəhərinə getdiyi açıqlanıb.