15 İyn 2025
İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhər sakini, 1978-ci il təvəllüdlü Qəhrəmanov Səxavət Mikayıl oğlu ov tüfəngi ilə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən İmişli şəhər sakini, 33 yaşlı Elşən Hüseynov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.