• 22 °C
|

Gəncədə 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib

14 İyun 2025
img

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü K.Huseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.