16 İyn 2025
İsrailə yönələn raket hücumlarının yalnız İrandaт deyil, həm də Yəmən ərazisindən həyata keçirildiyi bildirilir.
APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, raket buraxılışlarından sonra Təl-Əvivin bir neçə rayonunda əlavə hava hücumu sirenləri işə düşüb.
"İrandan və Yəməndən buraxılan raketlərdən sonra Təl-Əvivin bir neçə məhəlləsində əlavə sirenlər səslənib", – məlumatda deyilir.