• 23 °C
|

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem xəstəxanaya yerləşdirilib

18 İyun 2025
img

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, noem təcili yardım maşını ilə Vaşinqtonda xəstəxanaya aparılıb.

Nazirlik rəsmisi Trişa Maklaflin bildirib ki, “nazirdə allergik reaksiya müşahidə olunub və bu səbəbdən təhlükəsizlik məqsədilə xəstəxanaya yerləşdirilib”.

Kristi Noemin vəziyyəti sabitdir, o, huşunu itirməyib və artıq təhlükəsizlik əməkdaşları ilə əlaqə saxlayıb.