24 İyn 2025
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 15 döyüş təyyarəsi İranın qərbindəki raket və pilotsuz təyyarələrin saxlandığı ərazilərə bir sıra irimiqyaslı zərbələr endirib.
APA xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat verib.
"Bu yaxınlarda 15 qırıcı təyyarə İranın qərbinə genişmiqyaslı zərbələr dalğası həyata keçirib. İran silahlı qüvvələrinə məxsus yeraltı hərbi obyektlər, raket və pilotsuz təyyarələrin saxlanma məntəqələri hücuma məruz qalıb", – məlumatda deyilir.