• 20 °C
|

Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək

24 İyun 2025
img

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya təmsilçisi "Kayzerslautern"ə transfer olunub.

"Report" xəbər verir ki, 27 yaşlı forvard II Bundesliqa klubunda 10 nömrəli formanı geyinəcək.

O, yeni komandası ilə 3 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.