• 28 °C
|

Si Cinpin BRICS sammitində iştirak etməyəcək

25 İyun 2025
img

Çin lideri Si Cinpin ilk dəfə olaraq BRICS sammitində iştirak etməyəcək.

APA xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Çin rəsmiləri Braziliya hökumətinə Si Cinpinin cədvəlində yaranan problemlərə görə sammitə qatıla bilməyəcəyini deyiblər.

Sammit 6–7 iyul tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.