• 25 °C
|

Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb – YENİLƏNİB

25 İyun 2025
img

Qvadelup və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

11:45

Qvadelup və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlığa dair memorandum imzalanacaq.

“Report” xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, Qvadelupla əməkdaşlıq yalnız siyasi sahəni deyil, ətraf mühit və digər sahələri də əhatə edir.

Fransa müstəmləkəçiliyi barədə hesabatlardan da söz açan A.Abbasov vurğulayıb ki, BTQ mütəmadi olaraq hesabat hazırlayır və bu hesabatlar BMT-yə təqdim olunur.