• 28 °C
|

İranın mərkəzi və qərb hissələrinin hava sahəsi uçuşlar üçün açılıb

28 İyun 2025
img

İranın mərkəzi və qərb hissələrinin hava sahəsi həm beynəlxalq, həm də tranzit reyslər üçün açılıb.

APA “eghtesademoaser.ir” portalına istinadən məlumatına görə, bunu ölkənin Yol İnfrastrukturu və Şəhərsalma Nazirliyinin rəsmisi Məcid Əhvan bildirib.

Onun sözlərinə görə, bu barədə Mülki Aviasiya Təşkilatının Koordinasiya Komitəsi qərar verib.

Nazirlik rəsmisi əlavə edib ki, digər hissələrdə təyyarələrin uçuşuna icazə verilməsi məsələsi hazırda nəzərdən keçirilir.