29 İyn 2025
Klublarası dünya çempionatında 1/8 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk matçda Braziliya dueli baş tutub.
"Palmeyras" "Botafoqo" ilə qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda Paulinyonun vurduğu qol həlledici olub.
Qeyd edək ki, "Palmeyras"ın 1/4 finaldakı rəqibi "Benfika" – "Çelsi" cütünün qalibi olacaq.