• 9 °C
|

Tramp: Netanyahuya qarşı məhkəmə araşdırması İran və HAMAS-la danışıqlara mane olur

29 İyun 2025
img

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İsraildə Baş nazir Benyamin Netanyahunun rüşvət və fırıldaqçılıqda ittiham olunması ilə bağlı aparılan məhkəmə prosesi İran və HAMAS-la danışıqların aparılmasına mane olur.

“İsraildə Netanyahu ilə bağlı baş verənlər dəhşətlidir”, – deyə Tramp "Truth Social" hesabında yazıb.

“O, müharibə qəhrəmanıdır və ABŞ-la birgə böyük işlər görərək İranın nüvə təhdidini aradan qaldırmaqda uğur qazanmış baş nazirdir. Bundan əlavə, o, hazırda HAMAS-la girovların azad edilməsini nəzərdə tutan razılaşma barədə danışıqlar aparır”, – Ağ Ev rəhbəri qeyd edib.