30 İyn 2025
“İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır.”
APA xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
“Bu, İranın hüququdur və biz bu hüquqdan istifadə etmək istəyirik. Zənn edirəm ki, zənginləşdirmə heç vaxt dayandırılmayacaq", – İrəvani deyib.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi daha əvvəl İranın nüvə proqramının bəzi komponentlərini saxladığını və aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə biləcəyini demişdi.