• 27 °C
|

Livan İsraillə problemlərin həlli üçün mərhələli plan təklif edir

30 İyun 2025
img

“Livan öz ərazisində İsrail qüvvələrinin mövcudluğundan tez bir zamanda xilas olmağa çalışır və sərhəd problemlərinin həlli üçün mərhələli plan təklif edir.”

APA xəbər verir ki, bunu Livanın baş naziri Nəvaf Salam deyib.

"Biz ABŞ-ın xüsusi nümayəndəsi Tom Baraka təkliflərimizi göndərmişik. Bu təkliflər də İsrail qoşunlarının onların nəzarətində qalan beş cənub bölgəsindən addım-addım çıxarılmasına gətirib çıxaracaq mexanizmin işlənib hazırlanmasını nəzərdə tutur", – o deyib.