• 9 °C
|

ABŞ hücumdan iki saat əvvəl nüvə obyektlərinə zərbələr barədə İrana xəbərdarlıq edib

30 İyun 2025
img

Vaşinqton hücumdan iki saat əvvəl nüvə obyektlərinə zərbə endirmək niyyəti barədə Tehrana xəbərdarlıq edib.

APA xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin sabiq müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

"Mən bir məsələyə aydınlıq gətirmək istəyərdim ki, ABŞ nüvə obyektlərinə zərbə endirməzdən iki saat əvvəl hücumun baş verəcəyi ilə bağlı İrana xəbərdarlıq etdi", – o, “X”də yazıb.