• 25 °C
|

BMT İranı tərk edən əfqanıstanlıların sayını açıqlayıb

30 İyun 2025
img

İyun ayında 230 000-dən çox əfqanıstanlı İranı tərk edib.

APA xəbər verir ki, bu barədə BMT Miqrasiya Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 1-28 iyun tarixləri arasında 233.941 nəfər əfqanıstanlı İranı tərk edib ki, onların əksəriyyəti deportasiya edilib.

Bundan əvvəl İran hökuməti ölkədə qeyri-qanuni olaraq məskunlaşan Əfqanıstan vətəndaşlarının öz ölkələrinə qayıtması üçün iyul ayının 6-a qədər möhlət vermişdi.