• 23 °C
|

Tramp iyulun 7-də Netanyahu ilə görüşəcək

1 İyul 2025
img

ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul edəcək.

APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Görüşün gündəliyi hələlik rəsmi olaraq açıqlanmasa da, əsas müzakirə mövzularının İran ətrafında yaranmış vəziyyət və Qəzza zolağındakı gərginlik olacağı gözlənilir.