• 23 °C
|

ABŞ Ordusu 2028-ci ilə qədər bölmələrini yeni silah sistemi ilə təchiz etmək niyyətindədir

1 İyul 2025
img

ABŞ Ordusu 2028-ci ilə qədər bölmələrini "Blackbeard Ground Launch" adlı yeni silah sistemi ilə təchiz etməyi planlaşdırır.

APA “Defence Blog”a istinadən xəbər verir ki, bu, mövcud HIMARS buraxılış qurğuları ilə uyğunlaşdırılacaq orta mənzilli yüksək dəqiqlikli döyüş sursatı olacaq.

2026-cı maliyyə ili üçün ayrılan büdcədə bu sistemin HIMARS kompleksinə inteqrasiyası üçün 25 milyon dollar vəsait nəzərdə tutulub.