• 27 °C
|

Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var

1 İyul 2025
img

Hindistanın cənubundakı Telanqana ştatında kimyəvi zavodda baş verən güclü partlayış nəticəsində 34 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “ANI” agentliyi yerli polisə istinadən məlumat yayıb.

Hazırda onlarla yaralı xəstəxanalarda müalicə alır.

Hadisənin səbəbləri araşdırılır.