• 24 °C
|

Pentaqon: ABŞ bütün dünyaya silah paylaya bilməz

3 İyul 2025
img

Birləşmiş Ştatlar bütün dünyaya silah paylaya bilməz, çünki Vaşinqton ilk növbədə öz müdafiəsi barədə düşünməlidir.

APA xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell bildirib.

“Biz bütün dünyaya silah paylaya bilmərik. Biz Amerikanın maraqları və Vətənimizin müdafiəsi ilə məşğul olmalıyıq”, – deyə o vurğulayıb.