• 24 °C
|

ABŞ-ın Nyu-Cersi ştatında təyyarə qəzaya uğrayıb

3 İyul 2025
img

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən hava limanı yaxınlığında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

APA “ABC News” istinadən xəbər verir ki, hadisə nəticəsində azı beş nəfər xəstəxanaya yerləşdirilib. Təyyarədə ümumilikdə 15 nəfər olub.

Qəzanın səbəbləri hələlik məlum deyil. Federal Mülki Aviasiya İdarəsi insidentlə bağlı araşdırmaya başlayıb.