• 31 °C
|

Klublararası dünya çempionatı: “Real Madrid” “Borussiya”nı məğlub edərək yarımfinala yüksəlib

6 İyul 2025
img

"Real Madrid" Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, “Metlife” stadionunda (ABŞ, İst-Ruterford, Nyu-Cersi ştatı) baş tutan görüşü braziliyalı referi Ramon Abatti idarə edib.