• 31 °C
|

HAMAS: Qəzza təslim olmayacaq və şərtləri biz müəyyən edəcəyik

9 İyul 2025
img

Fələstinli HAMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının məhz onların şərtləri əsasında əldə olunacağına əmindir.

APA xəbər verir ki, bu barədə HAMAS-ın rəsmi nümayəndəsi İzzət ər-Rişq “Telegram” kanalında məlumat yayıb.

"İsrailin Baş naziri Benyamin Netanyahunun "bütün girovların azad edilməsi və HAMAS-ın təslim olması" ilə bağlı açıqlamaları real vəziyyətlə heç bir əlaqəyə malik deyil. Qəzza təslim olmayacaq və şərtləri məhz HƏMAS müəyyən edəcək", – deyə ər-Rişq vurğulayıb.