• 33 °C
|

Livan Prezidenti İsraillə normallaşma iddialarını təkzib edib

11 İyul 2025
img

Livan Prezidenti Cozef Aun ölkəsinin İsraillə münasibətləri normallaşdıracağı ilə bağlı xəbərləri təkzib edib.

APA xəbər verir ki, Aun İsrailin xarici işlər naziri Gideon Saarın Tel-Əvivin Livanla normallaşma prosesində maraqlı olduğunu bəyan etməsinə cavab olaraq deyib ki, hazırda İsraillə normallaşma ölkəsinin xarici siyasətinin bir hissəsi deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ səfiri və Cozef Aun arasında görüş baş tutub. Görüşdə Hizbullahın tərksilah edilməsi və İsraillə mümkün normallaşma prosesi müzakirə edilib.