• 32 °C
|

“Qarabağ” Niderland klubunu məğlub edib

11 İyul 2025
img

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi “Tvente”ni məğlub edib.

Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

"Köhlən atlar" bu gün eyni komanda ilə daha bir oyun keçirəcək. Həmin görüş saat 19:15-də başlayacaq.

Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın "Metallist" (Xarkov) kollektivinə uduzub – 4:5. "Köhlən atlar" Bakıdakı yoxlama matçında isə "Zirə"ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) – "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.