• 26 °C
|

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsinin mandatı uzadılacaq

11 İyul 2025
img

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun mandatı daha iki il müddətinə uzadılacaq.

Bu barədə “Report”un Avropa bürosuna Aİ Xarici İşlər Nazirləri Şurasının gələn həftə baş tutacaq iclasından əvvəl keçirilən brifinqdə birliyin yüksək çinli rəsmisi məlumat verib.

“Maqdalena Qrono regionun hər üç ölkəsində yaxşı əlaqələr yaradıb. Nazirlərin görüşündə Şuranın prezidenti onun bu vəzifədə fəaliyyətinin növbəti iki il müddətinə uzadılmasını təklif edəcək”, – Aİ rəsmisi qeyd edib.