• 31 °C
|

“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli olub

12 İyul 2025
img

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un “Traktor”la yoxlama oyununun vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, komanda Təbriz təmsilçisi ilə iyulun 29-da üz-üzə gələcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İran Pro Liqasının son çempionu "Traktor"la matçın başlama saatı və məkanı isə hələlik müəyyənləşməyib.