Pentaqon ABŞ və Çin arasında ehtimal olunan müharibədə Yaponiya və Avstraliyanı öz mövqelərini aydınlaşdırmağa çağırıb.
APA xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmiləri “Financial Times” qəzetinə məlumat ötürüblər.
Belə ki, ABŞ-ın hərbi rəsmiləri son aylar ərzində Yaponiya və Avstraliyadan olan həmkarları ilə görüşlərdə dəfələrlə bu məsələni qaldıraraq, onlardan Tayvan məsələsi ilə bağlı olaraq, Vaşinqton və Pekin arasındakı potensial müharibədə kimi tərəfində olacaqlarını təkidlə soruşublar.
Lakin, yaponiyalı və avstraliyalı rəsmilər qəti cavab verməkdən imtina ediblər.