• 18 °C
|

İsrailin Qəzzaya hava hücumları nəticəsində 61 fələstinli həlak olub

16 İyul 2025
img

Son 24 saat ərzində İsrail Ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 61 fələstinli həyatını itirib.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 23 nəfər şimalda yerləşən Şati qaçqın düşərgəsinə hava hücumu nəticəsində həlak olub, onlarla insan isə yaralanıb.