• 18 °C
|

İsrailin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 28-ə çatıb- YENİLƏNİB-3 – VİDEO

16 İyul 2025
img

İsrailin Suriyaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 28-ə çatıb

***

19:05

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.

APA Suriya mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində 5 nəfər ölüb.

***
17:57

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 18 nəfər yaralanıb.

APA SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail hava qüvvələrinin Dəməşqin mərkəzini hədəf alması nəticəsində 1 nəfər ölüb.

İsrail ordusunun hazırda Suriyanın Daara bölgəsinə hava zərbələri endirdiyi bildirilir.

***

16:25

İsrail ordusu yenidən Dəməşqə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə “Channel 12” kanalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail Dəməşqdə Prezident Sarayını, Müdafiə Nazirliyinin binasını və Suriya Baş Qərargahının binasını hədəfə alıb.

"Reuters" ölən və yaralananların olduğunu bildirir.

***

13:48

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirir.

APA xəbər verir ki,bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qısa müddət əvvəl Dəməşqdə Suriya hərbi qərargahının giriş qapısı pilotsuz uçaparatı iləvurulub.

“İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə senari üçün hazırıq”, – İsrail ordusunun bəyanatında qeyd edilib.

Suriya mediası İsrailin Dəməşqə hücumunda iki nəfərin yaralandığını bildirib.