Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak ediblər.
E.Abbasov yeni mövsümlə bağlı detallı məlumat verib. Daha sonra püşkatmaya start verilib.
34-cü dəfə keçiriləcək və 12 komandanın – “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”, "Karvan" və "İmişli"nin iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:
I tur
"İmişli" – "Turan Tovuz"
"Neftçi" – "Şamaxı"
"Sabah" – "Qarabağ"
'Sumqayıt" – "Kəpəz"
"Karvan" – "Qəbələ"
"Zirə" – "Araz-Naxçıvan"
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.