• 21 °C
|

Hakan Fidan Abbas Araqçi ilə Suriyadakı prosesləri müzakirə edib

21 İyul 2025
img

Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın XİN başçısı Abbas Araqçi arasında telefon danışığı baş tutub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən mənbələr bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Qəzzadakı humanitar vəziyyət və Suriyadakı hadisələr, həmçinin cümə günü İstanbulda keçiriləcək nüvə danışıqları müzakirə edilib.