• 21 °C
|

İran gələcəkdə ABŞ-la birbaşa danışıqları istisna etmir

22 İyul 2025
img

Tehran gələcəkdə İranın nüvə proqramı ilə bağlı ABŞ-la birbaşa danışıqlar aparma ehtimalını istisna etmir.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

“Hazırda belə bir proses yoxdur, lakin gələcəkdə mümkündür. Hər şey ABŞ-ın İranla qarşılıqlı maraqlar və bərabərlik əsasında əməkdaşlıq etməyə nə dərəcədə hazır olmasından asılıdır”, – deyə Araqçi vurğulayıb.