• 10 °C
|

Rövşən Sadıqbəyli: Azərbaycan Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb

2 Avqust 2025
img

ATƏT-ə sədrlik edən Finlandiya tərəfindən Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunmuş “Helsinki+50” konfransı bir daha təsdiq edib ki, ATƏT-in prinsipləri qüvvədə qalır və ATƏT məkanında təhlükəsizlik və sabitliyin əsası olmalıdır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ATƏT-in münaqişənin həlli üzrə mandatını yerinə yetirməməsi qarşısında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə məcbur olub:

“ATƏT adekvat cavab verə bilmədiyi üçün Azərbaycan ədaləti və qanunu bərpa edib, Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb.”.