• 10 °C
|

ABŞ Maduronun həbsinə görə mükafat elan edib

8 Avqust 2025
img

ABŞ-da Venesuela prezidenti Nikolas Maduronun həbsinə kömək edəcək məlumatlara görə 50 milyon dollar mükafat elan edilib.

APA xəbər verir ki, bu haqda ABŞ-ın baş prokuroru Pam Bondi “X” hesabında məlumat verib.

"Bu gün ABŞ Ədliyyə Departamenti və Dövlət Departamenti Nikolas Maduronun həbsinə kömək edəcək məlumatlara görə görünməmiş 50 milyon dollar mükafat elan edir", – Bondi bildirib.