• 29 °C
|

Vens: Ukraynada ABŞ qoşunları olmayacaq

25 Avqust 2025
img

“Təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynada ABŞ qoşunları olmayacaq.”

APA xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Devid Vens deyib.

"Tramp çox aydın ifadə etdi – Ukraynada ABŞ qoşunları olmayacaq. Amma biz ukraynalılara müharibəni bitirmək üçün lazım olan təhlükəsizlik zəmanətlərini, ruslara isə müharibəni bitirə biləcəkləri duyğunu verməyə çalışmaqda davam edəcəyik", – Vens bildirib.

Vens etiraf edib ki, Rusiya atəşkəs istəmir. Lakin ABŞ prezidentinin təzyiq göstərmək və bu müharibəni bitirməyə çalışmaq üçün çoxlu kartları var.