• 27 °C
|

Meksika ABŞ-ın təzyiqi ilə Çinə qarşı idxal rüsumlarını artırmağı planlaşdırır

28 Avqust 2025
img

Meksika hökuməti ABŞ prezidenti Donald Trampın tələbinə uyğun olaraq Çindən idxal edilən mallara rüsumları artırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə, rüsum artımı Çindən gətirilən avtomobil, tekstil və plastik məmulatlara təsir edəcək. Digər Asiya ölkələrinə də daha yüksək rüsumların qoyulacağı gözlənilir.

Rüsumların ölçüsü ilə bağlı yekun qərar hələ verilməyib.

Agentlik yazır ki, Vaşinqtonun təzyiqi ucuz Çin mallarının ABŞ-a idxalının qarşısını almaq istəyi ilə izah olunur. ABŞ administrasiyası iddia edir ki, Çindən gələn məhsullar əvvəlcə Meksikaya, oradan da ABŞ-a gətirilir.