• 30 °C
|

Yasamalda moped oğurlayan şəxslər saxlanılıb

30 Avqust 2025
img

Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidməindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər vətəndaşlara məxsus moped və mobil telefonları oğurlayıblar.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 29 yaşlı H.Eminov və 26 yaşlı Ə.Abbasov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.