• 30 °C
|

Ağdamda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub – FOTO – YENİLƏNİB 2

31 Avqust 2025
img

Ağdamda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, onlar 1971-ci təvəllüdlü Bayramov Xosrov Xəlil oğlu, 1974-cü il təvəllüdlü Bayramova Gültəkin Ayxan qızı, 1999-cu il təvəllüdlü Bayramova Teyyubə Xosrov qızı, 1961-ci il təvəllüdlü Mehralıyeva Laləzar Mirzə qızı və 1969-cu il təvəllüdlü Qarayeva Nazilə Kəriş qızıdır.

Yaralılardan üçü – Bayramova Gültəkin, Bayramova Teyyubə və Bayramova Laləzara Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.

***

19:38

Ağdamda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, Quzanlı-Əfətli yolunun Çəmənli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Toyota” markalı minik avtomobili yol kənarındakı işıq dirəyi çəpərə çırpıldıqdan sonra “KİA” markalı minik maşını ilə toqquşub.

Yüksək gərginlikli naqilin yerə düşməsi nəticəsində ağac və kolluq hissədə yanğın qeydə alınıb.

Baş vermiş yanğının qarşısı alınıb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Yaralılar Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, baş vermiş qəza nəticəsində kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.

***

18:41

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun əldə etdiyi ilkin xəbərə görə, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Qəzaya düşən minik maşınında alışma baş verdiyi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları ilə yanaşı yanğınsöndürən briqada da cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.