• 10 °C
|

Avropada dörd ay ərzində təxminən 123 min aviareys GPS problemləri ilə üzləşib

7 Sentyabr 2025
img

Bu ilin yanvar–aprel ayları ərzində təxminən 123 min aviareysdə GPS nasazlığı qeydə alınıb.

APA xəbər verir ki, bu barəd ə İsveçin STV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, GPS-ə müdaxilələr İsveç, Finlandiya, Baltikyanı ölkələr və Polşanın hava məkanında müşahidə olunub.

Bu müdaxilələr aviasiya üçün artan təhlükə kimi qiymətləndirilir.

Telekanal vurğulayır ki, təkcə apreldə reyslərin orta hesabla 27,4%-i bu cür müdaxilədən təsirlənib.

Hesabat müəlliflərinin məlumatına görə, GPS siqnalına müdaxilə mənbələri Kalininqrad, Sankt-Peterburq, Smolensk və Rostov şəhərlərində yerləşir.