• 31 °C
|

Koşta Ukraynanın Aİ-yə üzvlük prosesinin davam etdiriləcəyini bildirib

24 Avqust 2026

Ukraynanın Avropa İttifaqına üzvlük prosesini davam etdirəcəyik.

APA xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Antonio Koşta “X” hesabında yazıb.

Koşta Aİ-nin Ukraynaya Dəstək Krediti Planının tam icrasının da sürətləndiriləcəyini bildirib.

Aİ lideri blokun Ukraynaya lazım olduğu qədər dəstək göstərəcəyini və müharibə bitdikdən sonra rəsmi Kiyevə təhlükəsizlik zəmanətlərinin veriləcəyini vurğulayıb.