• 10 °C
|

Antalyada otellərə yaxın ərazidə meşə yanır

7 Sentyabr 2025
img

Antalyada otellərə yaxın ərazidə meşə yanır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Antalyanın Kemer rayonunun Kiriş məhəlləsində meşəlik ərazidə yanğın başlayıb.

Yanğının səbəbi hələlik məlum deyil.

Əraziyə Antalya Meşə Təsərrüfatı İdarəsinə məxsus 2 helikopter, 1 təyyarə, 8 yanğınsöndürmə maşını, 3 su təchizat maşını, 2 ilkin müdaxilə vasitəsi və çox sayda işçi cəlb olunduğu bildirilib.

Dəryanur Cəfərova