• 29 °C
|

Şəmkirdə təcili yardım avtomobili minik maşını ilə toqquşub, yaralılar var

7 Sentyabr 2025
img

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki təcili tibbi yardım avtomobili çağırışa gedən zaman minik maşına arxadan çırpılıb. Qəza zaman təcili tibbi yardım avtomobilinin sürücüsü, həkim və daha bir nəfər xəsarət alıb.